Təyyarə uçan naməlum obyektlə toqquşdu - FOTO
11.6.2013

Çin hava yollarına aid təyyarə havada qəzaya uğryıb.

Təyyarə 26 min fit yüksəklikdə naməlum obyektlə toqquşub. Pilotların sözlərinə görə, təyyarənin havaya nəzarət ekranlarında düşən obyekt gümüşü disklər formasında olub. Toqquşma nəticəsində təyyarənin burun hissəsi əzilsədə, xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb və pilotlar təyyarəni qəzasız şəkildə endirə biliblər.

Uçan naməlum obyektləri araşdıran amerikalı mütəxəssis Nik Pope baş verən hadisələrin qəribəliyinə diqqət çəkib. Onun sözlərinə görə, sərnişin təyyarəsinə çırpılan yadplanetlillərin uçan obyekti ola bilər. Amma mikroskopik araşdırmalardan sonra qəzanın səbəbi haqında daha dəqiqi məlumat vermək mümkün olacaq.

ANS PRESS