Yaponiyanın Hönsyu adasının qərbində yerləşən Tottori prefekturasının 32 yaşlı sakini Masahito Yösida dörd il yarım bundan əvvəl başladığı pay-piyada dünya səyahəti başa çatmışdır.
Bu səyahətin unikallığı ondan ibarətdir ki, Yösida təqribən 40 min kilometrə bərabər yol boyu içərisində müxtəlif ləvazimatlar olan ikiçarxlı arabanı da arxasınca aparmışdır.
Yaponiya KİV-lərində verilən məlumata görə, Yösida bu qeyri-adi səyahətə 2009-cu ildə Şanxaydan yola düşmüşdür. O, əvvəlcə Mərkəzi Asiyadan Portuqaliyadakı Tale burnuna gəlmişdir. 16 min kilometrə bərabər bu məsafəni qət etmək üçün 1 il 8 ay vaxt lazım gəlmişdir. Oradan təyyarə ilə Nyu-Cersiyə (ABŞ) uçan yapon səyyah 2011-ci ilin oktyabr ayında sağ-salamat Vankuverə (Kanada) çatmışdır.
Masahito Yösidanın səyahətinin sonrakı marşrutu Avstraliyaya olmuşdur. Onu da qeyd edək ki, fərasətli yapon Yaşıl qitədə və Kanadada olarkən xırda alverlə məşğul olmuş, beləliklə yemək pulu və gündəlik xərcləri üçün maliyyə ehtiyatı yaratmışdır.
Yösida Asiyaya qayıdandan sonra Sinqapurdan Vyetnama getmiş, burada onun səhhəti ilə bağlı problemlər yaranmasına baxmayaraq, gündə azı 30 kilometr məsafə qət etmişdir, çünki Vyetnama vizasının müddəti başa çatmaqda idi.
Yapon səyyah bütün Yer kürəsi ətrafına dövrə vurmuşdur, lakin o, Şanxaydan Tayvana qədər daha 500 kilometr yol getmək və oradan Vətənə qayıtmaq niyyətindədir. Yösidanın sözlərinə görə o, səyahət dövründə qazandığı təcrübəni yaponiyalı uşaqlarla bölüşmək istəyir.
AzərTac