YARAT! Müasir İncəsənət Məkanı dərin iftixar hissi ilə "Future Shorts" Qısametrajlı Filmlər Festivalının yeni 2013-cü ilin yaz mövsümünün açılışını elan edir və Festivalın 10 illik yubileyini qeyd edir.
Dünyanın ən nəhəng festivalında 90 ölkə, 325 şəhər, 6 qitə təmsil olunub və festival zamanı 1,700 nümayiş keçirilir.
Artıq 10 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında heyrətamiz qısametrajlı filmləri nümayiş etdirməklə və istedadlı rejissorları dünyaya təqdim etməklə "Future Shorts" Festivalı dünyanın dörd bir yanından, Finlandiyadan tutmuş Meksikaya qədər, Monqolustandan Qazaxstanadək müvəffəqiyyətlə tamaşaçı auditoriyasını cəlb edir - "Future Shorts" Qısametrajlı Filmlər Festivalının əsərləri dünyanın 6 qitəsində, 325 şəhərində, 40,000 qısametrajlı film həvəskarları qarşısında hər il nümayiş olunur. Gələcəklə bağlı planlara gəldikdə, qeyd etmək lazımdır ki, Festival rəhbərliyi heç də bu nailiyyətlərlə kifayətlənmək niyyətində deyil.
Son on ilin təcrübəsi ilə bağlı fikirlərini bölüşən "Future Shorts" Festivalın Təsisçisi və Direktoru Fabyen Riqal qeyd edib: "Biz əvvəlcə qısametrajlı film rejissorları və qısametrajlı film həvəskarları üçün vahid platforma yaratmaq niyyətindəydik, sonra isə "Future Shorts" Festivalı" mövsümdən-mövsümə populyarlaşan möhtəşəm film tədbirinə çevrilib. Biz "Future Shorts" Festivalının özəyini təşkil edən və sıraları getdikcə böyüyən, nümayişlə bağlı tərəfdaşlarımızla işləməkdən çox məmnunuq. Bu sevgi, ehtiras, iddia və mütərəqqi yaradıcı qüvvənin təsiri ilə alovlanan bir bənzərsiz hərəkatdır. Biz yenə də 10 il gözləyə bilmərik".
2012/2013 Qış Mövsümü zamanı Festival çərçivəsində sualtı qayıq, snoubord kurortları, rəsm qalereyaları, dondurma kafeləri, restoranlar, sərgi salonları və barlar kimi müxtəlif məkanlarda 25,000-dən artıq nümayiş təşkil olunmuşdur. Qazaxıstanda keçirilən nümayiş zamanı bir cəsarətli tamaşaçı Festivalda "Future Shorts-Future Love" adlı öz qısametrajlı filmini nümayiş etdirməyi təklif etmişdi.
2013-cü ilin aprel-may aylarında Festivalın Yaz Mövsümü çərçivəsində qüssə və kədər, sevinc və yaşam yaddaşı, əziz xatirələrdən uzaqlaşma hisslərini təsvir edən 6 qısametrajlı filminin nümayişi nəzərdə tutulub.
Yaz Mövsümü çərçivəsində "Future Shorts" Festivalının proqramında aşağıda qeyd olunan filmlər öz əksini tapıb: rejissor Qreyncer Deyvidin çəkdiyi və "The south by southwest" Film Festivalının Münsiflər Heyətinin mükafatı ilə təltif olunan "Kreslo" filmi (qəfildən qısamüddətli hücum edən və qarşısı alınmaz düşmənlə mübarizə aparan kiçik şəhərin həyatına baxış; ABŞ, 2012-ci il); rejissor Qjeqoş Zariçnının çəkdiyi "Fit" filmi (filmdə futbol liqasının aşağı divizionunda hakim kimi çalışan insanın xəyalları və ümidi təsvir olunub; Polşa, 2012-ci il); rejissor Kanmin Kimin ərsəyə gətirdiyi ata və oğul arasında münasibətləri əks etdirən "38-39°C" cizgi filmi (ABŞ/Cənubi Koreya birgə istehsalı, 2011-ci il); Kann Festivalının Münsiflər Heyətinin mükafatı ilə təltif olunan, rejissor Frida Kempffin çəkdiyi "Mikki Beyder" filmi (filmdə yüzyaşlı Mikkinin gündəlik hamamda çimmək tarixçəsi nəql olunur; İsveç/Danimarka, 2009-cu il); rejissor Quto Parentenin yaratdığı "Deyirlər ki, itlər sərsəmləyir" filmi (Braziliya, 2012-ci il); və nəhayət, 2013-cü ildə Sandens Festivalında "ABŞ Bədii Filmlər" kateqoriyasının qalibi, rejissor Demyen Çeyzelin çəkdiyi "Şok" filmi (ABŞ, 2012-ci il).
Bakıda təşkil olunacaq nümayişlərə aşağıdakı ünvanlarda baxa bilərsiniz:
21 iyun, saat 19:00 və 21:00 (Park Cinema)
22 iyun, saat 19:00 və 21:00 (Metro Park)
Trend