Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən istirahət mərkəzlərində təmir işləri yekunlaşdırılmış, yay istirahət mövsümünə hazırlıq işləri başa çatmışdır.
“Azəriqaz” İstehsalat Birliyində çalışan işçilərin və onların ailə üzvlərinin Balakən rayonunda yerləşən 150 yerlik “Qubek hotel”, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki 60 yerlik “Geofizik” və 54 yerlik “Nabran” istirahət zonalarında qısamüddətli istirahətlərinin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə lazımi tədbirlər görülmüşdür. Bununla bağlı birliyin bütün struktur təşkilatlarına məlumat çatdırılmışdır.
İstirahət zonalarında yay mövsümü iyunun 15-dən sentyabrın 20-dək davam edəcəkdir. İşçilərin və onların ailə üzvlərinin istirahət zonalarına aparılıb-gətirilməsi üçün avtobuslar ayrılmışdır. “Qubek hotel”ə gedənlər isə qatarla yola salınacaqlar. Yol xərcləri ARDNŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən ödəniləcəkdir.
AzərTac