Aktrisa Fatma Mahmudova ərəbə ərə gedir – Video
11.6.2013

Tamaşaçıların “Bacanaqlar” serialından yaxşı tanıdıqları aktrisa Fatma Mahmudova ərə getməsi ilə bağlı açıqlama verib.
Xalq artisti, Musiqili Teatrın aktrisası “Ümid var” verilişində bu haqda danışıb:

“Ərəblə ailə quracağam. Bu insan bir ildir ki, mənimlə maraqlanır. Çox düşündüm, mənim də ailəyə ehtiyacım var. Ən başlıcası budur ki, mənimlə evlənəcək adam, imkanlı iş adamıdır.

Bu ayın 24-də toyumuz olacaq. Cavan adam deyil, 57 yaşı var. Toy dəbdəbəli olmayacaq. Öz aramızda məclis olacaq. O insan neçə illərdir ki, Azərbaycanda yaşayır”.

gun.az