Əlil qız Gözəllik Müsabiqəsinin qalibi oldu - FOTO
11.6.2013

ABŞ-ın Ayova ştatının Davenport şəhərində 3 gün davam edən müsabiqədən sonra bölgənin ən gözəl qızının kim olduğu müəyyənləşib.

Bir qolu olan 23 yaşlı Nikol Kelli Ayova Gözəllik Müsabiqəsinin qalibi seçilib.

O, sentyabr ayının 15-də keçiriləcək Nyu-Cersi ştatında Amerika Gözəllik müsabiqəsində Ayova ştatını təmsil edəcək.

Kelli Nebrask-Linkoln universitetində teatr ixtisası üzrə təhsil alıb və 2012-ci ildə universitetin məzunu olub.

ANN.Az