Günün qoroskopu
12.6.2013

Qoç - səhər saatlarından etibarən sakit olun, soyuqqanlı davranın. Yaxın ətrafınızdakı insanları aqressiv davranışa və ya sərt açıqlamalara təhrik etməyin.

Anlaşmalar pozulacaq, müqavilə və razılaşmalar unudulacaq, təhlillər yanlış olacaq, emosiyalar məntiqi üstələyəcək.

Yeni ideyalarınızı açıqlamağa və təqdim etməyə çalışmayın. Uğurlarınızı nümayiş etdirməyə can atmayın.

Şəxsi münasibətlər müstəvisində ehtiyatlı və həssas davranın. Sirr saxlanılası məqamı, gizli məlumatı açıqlamayın. Gərgin münasibətlərdə böhran yaşana bilər. Situasiyalar daha da ağırlaşa bilər. İşin maraqlarına uyğun davranın. Eqoist olmayın, başqalarının maraqlarını da nəzərə alın.

Buğa - şəxsi münasibətlərdəki gərginliyi aradan qaldırın. Problemlərin konstruktiv məzmun kəsb etməməsi üçün əlinizdən gələni edin.

Müzakirə və ya mübahisədə artıq ifadələr işlətməyin, gərəksiz sözlər deməyin. Yaşam arealınızda qayda yaradın, emosiyaların təsiri altında hərəkət etməyin.

Qısqanclıq, hövsələsizlik, son qərarı tələsik qəbul etmək kimi mənfi xüsusiyyətlərə qapılmayın.
Tərəfdaşla ümumi məqsədiniz varsa, həmin hədəfə çatmaq üçün var qüvvənizlə çalışın. Səfər, səyahət, su kənarında tədbirlər üçün uğursuz gündür.

Çeşidli ünsiyyət üçün faydalı gündür. Mübahisə etməyin.
İnformasiya axtarışı yaxşı sonuc vəd edir. Nəticə axtardığınızdan da yaxşı olacaq.

Əkizlər - gərgin, münaqişəli gündür. Konstruktiv əməl və addımlarla müqayisədə söhbət, mübahisə və iddialar daha çox olacaq. Mühüm tədbirlər üçün uğursuz gündür. Səliqəli, təmkinli olun, adi ritmdə çalışın.

Gərginlik axşam saatlarına qədər davam edəcək.
Nəzərdə tutduğunuz planların bəziləri reallaşmaya bilər.

Səfər və ya səyahət məsləhət deyil.
Nəqliyyatda ehtiyatlı olun.

Texniki avadanlıq və ya kompüterdə nasazlıq yarana bilər.
Daxili gərginliyiniz nə qədər çox olarsa, bir o qədər çox problemlərlə qarşılaşacaqsınız.

Xərçəng - maddi və maliyyə perspektivlərinizi dəyərləndirin. Mənfəət verməyən, vaxt alan ünsürlərdən qurtulun. Qüvvə və imkanlarınızı mənasız işlərə xərcləməyin.

Borcunuzu qaytarsalar və ya pulu ödəsələr, məbləği dərhal xərcələməyə tələsməyin. Yaxın perspektivlə bağlı planlarızı müəyyənləşdirin. Pulların xərclənməsində diqqətli və qənaətli olun. Mənasız, heç bir perspektivi olmayan işlərə pul yatırmayın.

İstənilən formada ballast, köhnə əşyalar və asılılıqdan qurtulmaq üçün yaxşı vaxt deyil.
Yaşamınızı və kiçik dünyanızı yeni dəyərlərlə doldurmağa tələsməyin.

İntuisiyanıza qulaq asın, ehtiyatlı davranın. Fikir və mövqelərinizi yaxın adamlarınıza zorla qəbul etdirməyə çalışmayın. Onların işlərinə mane olmayın.

Şir - cari məsələləri diqqət mərkəzində saxlayın. Yeniliklər və dəyişikliklərə tələbatın artması düşülməmiş addımlara səbəb ola bilər.

Mühüm yenilikliklər vaxtı olsa da, niyyətlərlə planlar və imkanlar ziddiyyət yaradacaq. Bundan sonrakı hərəkət və irəliləyiş üçün önəmli məqamlar, fəaliyyət müstəvisi konkretləşir.
İnamlı, qətiyyətli, iradəli olun.

Əhvalınız yaxşılaşacaq, işlərə maraq artacaq. Taleyin önəmli nişanlarına laqeyd qalmayın, tanımadığınız insanlara əsla inanmayın.

Onlar sizə şirin vədlər versələr də, bu sözlərin arxasında yalan olduğunu bilin.

Qız - yeni layihə, fəaliyyət sahəsinin genişləndirilməsi, aktivlik, danışıqlar aparmaq üçün əlverişli vaxt deyil. İntriqalar, xoş olmayan təfərrüatların üzə çıxacağı dövrdür.

Diqqətinizi ayri işlərə yönəldin. Emosional vəziyyətiniz yaxın ətrafınızdakı insanlara da təsir edir. Dərhal həll edilməsi mümkün məsələnin çözülməsini sonraya saxlamayın.

Axşam saatlarında yaşam arealınızda qayda yaradın. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə dəyər verin.

Tərəzi - gərgin və laübəli gündür. Yaxınlarınızın qayğısına qalın. Uşaqlar və yaşlılarla diqqətlə davranın. İzafi tələbkarlıq göstərərək onların qəlbini qırmayın.

Mühüm görüş, səfər, önəmli qərarların qəbul edilməsini nəzərdə tutan məsələlərin müzakirəsini təxirə salın. Nəzarət olunmayan emosiyalar hissiyat müstəvinizdə burulğan yarada bilər.

İndiki yaşamınızda nəyisə mütləq dəyişmək lazımdır. Mühüm qərarlar və yeni prioritetlərin müəyyənləşdirilməsi dövrü başlanır.

Əks əlaqə, cavab reaksiyası önəmlidir. Bir çox situasiyaların batinini görürsünüz. Sizi narahat edən məsələ ilə bağlı informasiyalar əldə edin.

Əqrəb - motivlər eqoist olarsa, ən səmimi niyyətlər də mənfi nəticə verə bilər. Münaqişələr asanlıqla yaranır.

Formalaşan problemi vaxtında həll edin ki, olaylar ətalətlə inkişaf edərək dərinləşməsinlər. Heç bir problemi və ya fikir ayrılığını sərt müdaxilə ilə həll etmək mümkün deyil. İşlərlə tələsmədən, səbr və təmkinlə məşğul olun.

Mühüm məsələdə səhvə yol verməmək üçün aktiv addımları və qərarları təxirə salın. Kənar təsir sizə müsbət heç nə vəd etmir.

Yeni ideyalarınız və planlarınızı paxıllıqdan qoruyun.

Oxatan - gün problemlərlə başlayacaq. Əhvalınız korlanmasın, sədlər dəf olunacaq. Dürüst yol seçin.

Yaranmaqda olan mühüm mövzu ilə bağlı ən kiçik siqnal və işarələri belə, sezməyə çalışın. İnformasiya axtarışı, yeni və qeyri-standart həll tələb edən işlə məşğul olmaq daha yaxşıdır.

Günün ikinci yarısında gözlənilməz situasiya yarana bilər. Ünsiyyətdə daha səmimi olun, sizi maraqlandıran məsələlərin məğzini araşdırın.

Eşitdiyiniz sözlər, aldığınız vədlərin əksəriyyəti mənasızdır. Ciddi qərarlarla bağlı tələskənlik etməyin.

Oğlaq - iş yoldaşlarınız və tərəfdaşların bu gün işlərinizin çox olması üçün əllərindən gələni edəcəklər.

Əlahiddə dəyişikliklər və yeniliklər olmayacaq. Hadisələrin axarını müşahidə edin. Diqqətiniz dağılmasın. Əks təqdirdə səhv edəcəksiniz və gördüyünüz işə yenidən başlamaq lazım gələcək.

Mübahisələrə qatılmayın, diskussiyaları inkişaf etdirməyin. Müzakirələr mənasızdır, çünki ümumi mövqe əldə olunmayacaq.

Yaşamınız və hisslərinizdə qayda yaradın.
Günün ikinci yarısında aktiv olun.

Yarımçıq işləri başa vurun. Rutin, yeknəsək iş bezdirə bilər. Yaradıcılıq imkanlarınız qəfil formada təzahür edəcək.

Dolça - izafi tələblər və iddialardan imtina edin. Məqsədə çatmaq üçün həddən artıq inadkar və tələbkar olmaq cəhdləri mənfi nəticə verə bilər.

Tərəfdaşla münasibətlərin aydınlaşdırılmasına yönəlmiş söhbət alınmayacaq. Hər kəs öz maraqlarını qorumağa çalışır.

Hadisələrin burulğanı sizi bir çox insanlarla təmaslara vadar edə bilər. Yaxın ətrafınızdakı şəxsləri daha yaxşı tanımaq şansı yaranır. Sual verin, qulaq asın, anlayın.

Ciddi işə başlamayın, mühüm məsələni müzakirə etməyin.
Həll etmək istədiyinizdən də ağır problemlə qarşılaşa bilərsiniz.

Balıqlar - ailə və yaxınlarınızın maraqlarını hər məqamdan üstün tutun. Sevdiklərinizin qayğısına qalın.

İşlərdə qayda və fəaliyyətin dürüst təşkil olunması mütləqdir. Müvazinəti saxlamaq, hadisələrin gedişatına ciddi təsir göstərmək istəyirsinizsə, sayıq və dəqiq olun.

Tərəfdaşın fəaliyyət tempinə uyğunlaşın. Onun ambisiyaları, aktivliyi və qətiyyəti ümumi işin xeyrinədir. Məqsədə doğru dinamik və maraqlı irəliləyiş var.

İdeyalarınız cari məsələlərlə bağlı təkana səbəb ola bilər.
Təmaslarda asudəlik, azadlıq və sərbəstlik yaranır.

Bilik və bacarıqlarınızı artırın, təcrübənizi zənginləşdirin.
Axşam saatlarında mənfi təmayüllərin işə pis təsir edə biləcəyini unutmayın.

Milli.Az