Bu maskalar gözlərinizi daha cazibədar edəcək
12.6.2013

Göz ətrafındakı dəri çox incə olur, buna görə də dəri tipindən asılı olaraq qaralmağa başlayır. Aşırı duzlu qidalar yemək, siqaret istifadə etmək göz altının qaralmasına gətirib çıxarır. Bəzən yorğunluqdan da gözlərin altında “kölgə” yaranır. Bu halda yaxşı dincəlmək və onları yox etmək üçün bol su içmək lazımdır. Qara halqaları bitkilərin köməyi ilə də yox etmək mümkündür. Onları həll etmək üçün bir çox üsullara əl ata bilərsiniz.

Çobanyastığı çayı – Bir stəkan isti suda bir qədər çobanyastığını dəmləyin. Bu çaya pambıq batırın və gözaltına qoyaraq 10 dəqiqə gözləyin. Çobanyastığı çayı gözaltı şişlərə yaxşı təsir edir və göz qapaqları üçün təsirlidir.

Kartof dilimləri – Soyulmuş və gözaltına qoyulan kartof dilimlərini 10 dəqiqə gözlərdə saxlayın. Yaxşı nəticə almaq üçün həftədə ən az 3 dəfə edin. Karftofları aldıqdan sonra isə gözləri soyuq su ilə yaxalayın.

Soyuq xiyar dilimləri – Halqa kimi kəsdiyiniz xiyarları soyuducuda saxlayın. Soyuq dilimləri 10 dəqiqə ərzində bağlı gözlərdə saxlayın. Sərin xiyarlar göz çevrəsini yeniləyir. Dərini yaxşılaşdırır. Qara ləkələri asanlıqla aradan qaldırır.

Südlə batırılmış xiyar – Bir kasa südün içinə xiyar dilimlərini qoyun. Yarım saat südün içində qalsın. Südlü xiyar dilimlərini ən az 10 dəqiqə gözlərdə saxlayın.

Şirin badam yağı – Şirin badam yağını pambığa bir neçə damcı damladın. Bu pambığı gözlərə 20 dəqiqə saxlayın. Şirin badam yağı yorğun və qaralmış bölgəni yaxşılaşdırır.

Bişmiş alma – 1 ədəd bişmiş almanı bişirin və soyudun. Yarım saat sonra soyuducuda salxayın. Soyumuş almanı pürə halına gətirib gözünüzə yapışdırın. Bu maska həfətədə 3 gün edilməlidir.

Buz qəlibləri – Buz qəlibini 5 dəqiqə gözlərdə saxlayın. Bu üsul göz ətarfını sıxlaşdırır və qan dövranını sürətləndirir.

Dondurulmuş qaşıq – Soyuducada 2 çay qaşığını saxlayın. Onlar yaxşıca soyuduqdan sonra 3 dəqiqə boyu qapalı göz qapaqlarının üstündə saxlayın.

Buğda və ərik yağı – Buğda toxumu və qaysı yağından bir çay qaşığı qaba əlavə edin. Bu qarışıqdan 5-6 damla pambığa əlavə edin və gözlərdə 10 dəqiqə saxlayın. Yağın gözün içinə düşməməsinə diqqət edin.

Pomidor, limon və un – Bu qarışığı hazırlamaq üçün 1 çay qaşığı təzə pomidor suyu və 1 çay qaşığı limon suyu lazımdır. İçinə 1 qədər un qatın və xəmir halına gətirin. Göz ətarafına çəkdiyiniz bu xəmiri quruyana qədər gözləyin. Sonra ilıq su ilə yaxalayın. Həfdə 2 dəfə edilməlidir.

Yerkökü və zeytun yağı - Yerkökünü rəndələyin. İçinə 2 yemək qaşığı zeytun yağı əlavə edib 30 dəqiqə gözləyin. Sonra bu qarışığa pambıq batırıb qara hissələrə çəkin. 15 dəqiqə sonra yuyun.

Bal – 1 xörək qaşığı isti suda, 1 çay qaşığı balı qarışdırın. Soyuduqdan sonra bu qarşığa batırılmış pambığı göz qapaqları üzərində kompress edin.

Publika.Az