İyunun 11-də Bakıda Rusiya günü bayramına həsr edilmiş təntənəli tədbir keçirilmişdir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin tədbirdə çıxış etmişdir.
Səfir demişdir: “1990-cı il iyunun 12-də RSFSR Xalq Deputatları Qurultayı “RSFSR-in dövlət suverenliyi haqqında bəyannamə” qəbul etmişdir. Bu qərar Rusiyanın tarixi inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Rusiya tarixdə ilk dəfə siyasi plüralizm, demokratiya, bazar iqtisadiyyatı, insan hüquqlarına hörmət yolunu seçmişdir.
Rusiya beynəlxalq aləmdə beynəlxalq hüququn aliliyinə və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan dünya nizamının tərəfdarı kimi çıxış edir. Biz bundan sonra da planetimizdə insanların həyatının daha rahat və sabit olması üçün dünya problemlərinin həllinə töhfə verəcəyik”.
Qəbulda Azərbaycan parlamentinin deputatları, Bakıda akkreditə edilmiş diplomatik missiyaların üzvləri və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
Gün.Az