Rusiyanın teatr və kino aktyoru Vladimir Etuş Bakıya gəlib.
Azərbaycanlı tamaşaçılara daha çox “Qafqaz əsiri və ya Şurikin yeni məcaraları” (yoldaş Saaxov), “İvan Vasilyeviç peşəsini dəyişir” (Anton Semonoviç Şpak), “Buratinonun məcaraları” (Karabas Barabas) və başqa filmlərdən tanış olan aktyor bu gün Fəxri Xiyabana gedib.
Rusiya kino və teatrının canlı əfsanəsi, ümumilli lider Heydər Əliyev və xalq artisti, musiqiçi Müslüm Maqomayevin məzarlarını ziyarət edib, gül dəstələri qoyub.
Qeyd edək ki, iyunun 12-də Rus Dram Teatrında Vladimir Etuşun 90 illik yubileyinə həsr olunan gecə keçiriləcək. İki saatlıq yubiley gecəsində aktyorun sevilən monoloqları, məşhur filmlərindən kadrları və həyatından maraqlı məqamlar əks olunan videolar nümayiş olunacaq.
gun.az