Hazırda Azərbaycanda ərzaq məhsullarının istehsalı sahəsindəki fəaliyyət lisenziyaşdırılmır.
Lakin gələcəkdə çörək istehsalı ilə bağlı sahibkarlıq fəaliyyəti lisenziyalaşdırıla bilər.
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin ərzaq məhsullarına nəzarət şöbəsinin müdiri Məsim Babayev bildirib.
M.Babayev qeyd edib ki, bununla bağlı Dövlət Komitəsi artıq hökumətə müraciət edib: «Hazırda siqaret və spirtli içki məhsullarının istehsalı lisenziyalaşdırılır. Çörək istehsalının da lisenziyalaşdırılması yaxşı olardı».
APA