Azərbaycan ərazisində müşahidə edilən qeyri-sabit və küləkli hava şəraiti bu gündən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev qeyd edib ki, günün ikinci yarısından etibarən külək zəifləyəcək, iyunun 13-14-ü ölkə ərazisində yağmursuz və mülayim hava şəraiti müşahidə ediləcək, temperatur yüksələcək.
A. Verdiyev son günlər respublikada hava şəraitinin qeyri-sabit və küləkli keçməsinin səbəblərini də açıqlayıb: “Son günlər havaların qeyri-sabit və küləkli keçməsi şimaldan daxil olan soyuq hava kütlələri ilə bağlı olub”.
Qeyd edək ki, son günlər ölkə ərazisində qeyri-sabit, küləkli və əsasən yağmurlu hava şəraiti müşahidə olunub. Bu günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə düşüb.
APA