Almaniyada bank işçisinin kompüter qarşısında yatmağı banka baha başa gəlib.
Yatan işçi yanlış pul köçürülməsinə səbəb olub. Belə ki, bank əməkdaşı 64.20 avroluq əməliyyat həyata keçirməli olub. Lakin əməliyyat zamanı o barmağı 2 rəqəminin üzərinə olarkən yuxuya gedib. Nəticədə bir 2-nin yerinə düz 9 iki yazılıb və 222 milyon 222 min 222 avroluq əməliyyat keçirib.
Yanlış əməliyyatın töhməti isə maraqlıdır ki, yorğun işçinin müdirinə verilib.
ANS PRESS