Günün qoroskopu
13.6.2013

Qoç - yaşamın ən müxtəlif sahələrində irəliləyiş vəd edən gündür. İşlərə aktiv başlayın. Könüllü yardımçınız olacaq.

Lider keyfiyyətlərinizi, insanlara rəhbərlik edə bildiyinizi yoxlamaq olar. Bu gün əldə edəcəyiniz uğurlar karyera pilləkəni ilə yüksəlişinizin rəhni olacaq.

Günün ikinci yarısı müsbət enerjili insanlarla təmaslar üçün əlverişlidir. Son vaxtlar haqqında narahatlıq keçirdiyiniz, nigaran qaldığınız insandan xoş xəbər alacaqsınız.
Planlaşdırma ilə məşğul olmaq olar.

Buğa - gün çətinliklərdən xali deyil. Lakin yaxşı əhvalınızı qoruyun, ruh düşkünlüyünə qapılmayın.

Hansısa iş alınmazsa, pərişan olmayın. Qüvvə və potensialınızı səhih dəyərləndirin. Nikbin və inamlı olun.
İşdə fəallıq göstərin.

İşgüzar danışıqlar, müzakirələr və toplantılar müsbət nəticə verəcək. Fikri və mövqeyi sizin üçün önəmli olan insanlarda yaxşı rəy formalaşdıracaqsınız.

Sərfəli anlaşma istisna deyil. Alış-veriş üçün əlverişli gündür.

Əkizlər - qarışıq, nizamsız, gərgin gündür. Həssas, diqqətli sayıq olun. Sonradan yerinə yetirilməsi çətin vədlər və öhdəliklər verməyin.

İşdə yük artır. İş vaxtı qurtarandan sonra da çalışmaq məcburiyyəti ilə qarşılaşa bilərsiniz.
Maliyyə fonu uğurlu deyil. Əsassız və məntiqsiz xərclər ola bilər.

Çətinliklə də olsa, ailədəki problemi həll etmək olar. Yaşlı qohumların məsləhətinə qulaq asın, səhv etməyin.

Səfər üçün əlverişli vaxtdır.
Günün ikinci yarısında travma riski var. Kəsici alətlərlə ehtiyatlı davranın.

Xərçəng - sakit gündür. Günün ilk yarısında xoş xəbər, qiymətli məlumat ala bilərsiniz. Dostlar və həmfikirlərlə müzakirələr, aktual məsələlərin müzakirəsi üçün əlverişli vaxtdır. Yeni müttəfiqlər tapmaq olar.

Həmin insanlardan biri sizə bundan sonra bir neçə çətinliyin dəf olunmasında kömək edəcək.
Əks cins mənsubları ilə münasibətlər normaldır.

Günün ikinci yarısı aktiv olun. Təhsil, tədris, bilik və bacarıqların artırılması üçün əlverişli vaxtdır.

Yaxınlarınız və ailə üzvlərinizlə təmaslar sizdə pozitiv əhval yaradacaq.
Sevdiyiniz insana xoş sürpriz etməyi unutmayın.

Şir - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. İşdə və şəxsi münasibətlərdə nailiyyətlər istisna deyil.

Bütün sahələrdə uğura nail ola bilərsiniz. Aramsız irəliləyin və yerinizdə saymasın. Ətalət və tənbəlliyi unudun. Sizi yolunuzdan sapdırmağa kimsəyə imkan verməyin.

Həmkarların məsləhətləri ilk baxışdan göründüyü təki yaxşı deyil. Ona görə də mühüm qərarları özünüz qəbul edin.

Günün ikinci yarısı çətinliklər vəd edir. Ani istəklərin əsiri olmayın, situsiyanın təsiri altında addımlar atmayın.

Ailədə anlaşılmazlıq yaransa da, problemi güzəşt və səmimiyyətlə həll etmək olar.

Qız - gün asan olmayacaq. Ciddi problem yarana bilər. İşdə həmkarlar və rəhbərliklə dil tapmaq çətindir. Situasiya gərginləşəcək, şərtlər ağırlaşacaq.

Lakin emosiyaların əsarətinə düşməyin, məntiqsiz davranmayın. Yaranmış şəraiti təmkinlə təhlil edin. Vəziyyəti yaxşılığa doğru dəyişməyin yolları var.

Maliyyə məsələləri ilə bağlı qərar qəbul etmək, alış-verişdə çox pul xərcləmək əsla məsləhət deyil. Nə qədər cazibədar və maraqlı görünsələr də, etibarsız layihələrə pul yatırmayın. Yaşam potensialı səviyyəsi aşağı düşüb.

Ağır iş, yorğunluq və stress xroniki ağrıların kəskinləşməsinə səbəb ola bilər.

Tərəzi - günün ilk yarısı işgüzar danışıqların aparılması, işlə bağlı önəmli məsələlərin çözülməsi üçün əlverişlidir.

Potensial sifarişçi ilə danışıqlar yaxşı başa çatacaq. Qarşı tərəfdə müsbət rəy yaradacaqsınız. Yeni iş yeri və ya sifarişlə bağlı təklifin alınması mümkündür.
Sərfəli sövdələşmə istisna deyil.

Planlar qurun, onların arasında ən realı və sadəsini həyata keçirməyə başlayın. Yaşamınızda müsbət dəyişikliklərə nail olmaq üçün fəaliyyət istiqamətini müəyyənləşdirin.

Təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana tərəf ilk addımı atın.

Əqrəb - günün ilk yarısı çətin vaxtdır. Ziddiyyətli xəbərlər gəlir. Situasiya birmənalı deyil. Yaşanan olayları anlamaq və dərk etmək üçün əlahiddə səy göstərmək gərəkdir.

Yaxın ətrafınızdakı insanlarla dil tapın. Yeni müttəfiqlər və yardımçıları görəcəksiniz. Köhnə tanışlardan dürüst məlumat alacaqsınız.

Günün ikinci yarısında müsbət təmayüllərin təsir gücü artır. Məqsədə çatmaq üçün əlahiddə səy göstərmək gərək deyil.

Axşam saatları dəvət alınan yerə yollanmaq, maraqlı tanışlıqlara nail olmaq üçün əlverişlidir. Tənha qalmayın, özünüzə yoldaş tapın.

Oxatan - ünsiyyət üçün əlverişli gün deyil. Yaxın ətrafınızdakı insanlarla dil tapmağa çalışsanız da, səyləriniz bir nəticə vermir.

Heç bir səbəb olmadan münaqişələr yaranır. Ən adi söz, təsadüfi kəlmə qarşıdurmaya səbəb ola bilər. İşgüzar danışıqları təxirə salmaq olar. Bu gün əldə olunan istənilən razılaşmalara yenidən baxılacaq.

Mübahisələrin yaranmasına imkan verməyin.

Kompromisə getməyi bacarın. Problemləri sakit şəraitdə, təmkinlə müzakirə edin. Aqressiv, inadkar olmayın.

Oğlaq - günün emosional fonu çox əlverişlidir. Problemlər yaransa da, onları həll edə bilərsiniz.

Kefinizi pozmayın. İşgüzar görüşlər məhsuldar olacaq. Sizin üçün əlverişli şərtlərlə əməkdaşlıqla bağlı tərəfdaşlarla razılaşma əldə olunacaq.

Rəhbərliklə münasibətlər daha da yaxşılaşacaq. Yeni və faydalı tanışlıqlar uzaqda deyil.
Günün ikinci yarısı aktiv istirahət üçün yararladır.

Zərərli vərdişlərdən imtina edin. Sağlam qidaya üstünlük verin.

Dolça - asan gün deyil. Çevik və qıvraq olun, yaranan problemləri həll edin, işlərinizdə qayda yaradın.

İndiyədək dəfələrlə istifadə etdiyniz metodlar gözlədiyiniz nəticəni verməyə bilər.
Çətinliklərin həlli üçün yeni yollar və varianlar arayın.

Qərarlarınız və əməlləriniz bəzilərinə ekstravaqant təsir bağışlaya bilər. Lakin məhz belə qərarlar sizə uğur əldə etməyə imkan verir.

Qaliblər isə, bəlli, mühakimə olunmur. Yaxınlarınızla ünsiyyətdə problemlər yarana bilər.

Fikir və hisslərinizi başqaları ilə bölüşməsəniz ətrafınızdakılar sizdən şübhələnə bilərlər. Romantik münasibətlər qısqanclıqla korlana bilər.

Balıqlar - günün ilk yarısında peşəkar fəaliyyətinizdə uğurlara nail ola bilərsiniz. Mühüm işlərə nə qədər tez başlasanız, nailiyyətləriniz daha çox ola bilər.

Saatlar ötdükcə neqativ təmayüllərin təsiri artacaq. Yolunuzda neqativ sədlər yaranacaq. Mühüm qərarlar qəbul etməyə tələsməyin.

Mümkün qədər düşünün, mövqesinə və təcrübəsinə ümid etdiyiniz insanın fikirlərinə qulaq asın.
Ev işləri sizə yorucu təsir bağışlaya bilər.

Bu işlərlə tənhalıqda məşğul olmayın, yaxınlarınızın yardımlarından boyun qaçırmayın. Alış-verişdə bədxərclik etməyin.

Milli.Az