Türkiyənin Bodrum turist bölgəsində ev alan pop-star Ebru Gündeş yeni malikanəsini bəzəməklə məşğuldur.
Müğənni çox bəyəndiyi evində muzey ab-havası yaratmaq istəyir.
Məlumata görə, bu istəkdə olan E.Gündeş evini arzuladığı kimi döşəmək üçün qədim dövrləri xatırladan müxtəlif əşyaların axtarışına çıxıb.
Sənətçi bu məqsədlə ərazidəki Gümüşlük Əl Sənətləri Çarşısını uzun müddət gəzərək, ürəyincə olan bir çox əşya alıb.
Maraqlıdır ki, hər zaman E.Gündeşin yanında olan azərbaycanlı əri Rza Zərrab bu dəfə də sənətçini tək buraxmayıb.
gun.az