Şokoladlı süd enerji mənbəydir
13.6.2013

Adətən idmandan sonra proteinli enerji içkilərindən istifadə edən insanlara həkimlər südlü şokoladı məsləhət görür.

James Madison Universitetində aparılan tədqiqatlarda şokoladlı südün enerji içkilərindən daha təsirli olduğu ortaya çıxdı. Təcrübə zamanı universitetdən 13 idmanla məşğul olan oğlan seçildi və iki qrupa ayrıldı bir həftə ərzində bir qrupa hər gün idmandan sonra südlü şokolad ikinci qruba isə yüksək karbonhidratlı enerji içkisi verildi.

İkinci həftədə isə südlü şokolad içənlərin əzələlərində digərlərinə nisbətən inkişafın daha çox olduğu müəyyən olunmuşdur.

Südün tərkibindəki kalsium, potasium və magnezium kimi minerallar əzələlərin inkişafında və bərpasında mühüm rol oynayır.

Big.az