Çin vətəndaşı İnternetdə Xuanxe sahilində tapdığını iddia etdiyi yadpalentli varlığın fotosunu yerləşdirib.
Binçjou adlı həmin şəxs şəkildə yadplaentlilərin kosmik gəmisinin qəzaya uğramasından sonra təsadüfən rastlaşdığı naməlum varlığın təsvir olunduğunu deyib. Şəkildən də göründüyü kimi naməlum varlığın böyük başı, iri gözləri və qısa boyu var.
Binçjounun sözlərinə görə, o, yadplanetlinin cəsədi ilə 2013-cü ilin martında rastlaşıb. Bəzi hissələri yanmış həmin cəsədi o, kosmik gəminin qəzaya uğradığı yerdə görüb. Sonra evinə gətirərək soyuducuya yerləşdirib. Daha sonra şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Hazırda mütəxəssislər fotonun saxta olub-olmadığını aydınlaşdırmağa çalışırlar.
Xatırladaq ki, buna bənzər hadisə 2011-ci ildə də baş vermişdi. O zaman da Çində iki nəfər guya meşədən yadplanetli cəsədi tapmışdılar. Lakin sonra polis tapılan “cəsəd”in toyuq dərsindən və çörəkdən hazırlandığını aşkar etmişdi.