Dunya Azərbaycanlıları Konqresinin (DAK) Birlik qurultayına hazırlıq
üzrə təşkilat komitəsinin İsveçin paytaxtı Stokholm şəhərində keçirdiyi
“21 Azər ərəfəsində Milli Birliyə doğru” adlı konfrans işini
yekunlaşdırıb.
DAK İdarə Heyəti tərəfindən təşkilatın Birlik Qurultayının 2012-ci il
may ayının 26-27-28-də İsveçin Stokholm şəhərində keçirilməsi qərara
alınıb.
Xatırladaq ki, DAK-ın təməli 1997-ci ildə qoyulub. 2003-cü ildə təşkilat
ikiyə bölünüb. 2007-ci ildə VIII Qurultayını keçirdikdən sonra isə
qurumun qərargahı tamamilə Azərbaycana köçürüb.
APA