"Galaxy S IV" mövsümün ən yaxşı smartfonu seçildi
13.6.2013

Amerikanın nüfuzlu “Consumer Reports” jurnalı smartfonlar bazarını təhlil edərək onları müqayisəli şəkildə sınaqdan keçirib.

Nəticədə nəşrin ekspertləri belə nəticəyə gəliblər ki, “Samsung Galaxy S IV” mövsümün ən yaxşı smartfonudur.

Əvvəlki sınaqların yekununa görə, “LG Optimus G” reytinqdə birinci yerdə qərarlaşmışdı.

Nəşr qeyd edir ki, “Galaxy S IV” smartfonu yüksək təsvir ölçüsünə malik 5 düymlük sensor ekrana malikdir, çoxlu sayda datçiklərdən ibarətdir, məlumatları asanlıqla idarə etməyə imkan verir. Sözügedən cihazın məhsuldarlığı çox yaxşıdır, kamerasına isə söz ola bilməz.

Qeyd edək ki, “Consumer Reports” jurnalı istehlakçılar arasında böyük nüfuza malikdir və etibarlı informasiya mənbəyidir.

http://xeber24.az