Təmir işləri ilə əlaqədar iyunun 14-də saat 09:00-dan saat 18:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla "Şamaxı" Avtomatik Qazpaylayıcı Stansiyasından, saat 09:00-dan saat 18:00-dək isə "Giləzi", "Ağköynək" Avtomatik Qazpaylayıcı Stansiyalarından, "Lənkəran", "Qazax", "Köçəsgər" Qazpaylayıcı Stansiyalarından, "Mərdəkan bağları" Qazpaylayıcı Stansiyasından qidalanan "Mərdəkan bağları" ölçü qovşağında və "Zığ" Qazpaylayıcı Stansiyasından qidalanan "Dənizçilik məktəbi" ölçü qovşağında təbii qaz təchizatı dayandırılıb.
Bu barədə cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.
Təmir işləri aparılan müddətdə Qazax rayonuna, Lənkəran şəhərinə, Xəzər rayonunun Mərdəkan, Şüvəlan qəsəbələrinə, Xətai, Xızı, Ağstafa, rayonlarının bir hissəsinə, Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranıb.
Trend