Qoç - Kifayət qədər çətin gündür. Birbaşa fəaliyyət göstərmək heç cür mümkün olmur, manevrlər etmək, fəndgirliyə əl atmaq lazım gəlir. Təəssüf ki, intriqalar meydanında bədxahlarınız daha yaxşı oynayırlar. İşgüzar danışıqlar üçün münasib gün deyil.
Sizə təzyiq göstərmək istəyən yaxın adamlarla dil tapmaq xeyli çətindir. Maraqlarınızı müdafiə etmək üçün kifayət qədər sərt davranmaq lazım gələcək. Yaşlı nəslin nümayəndələri ilə münaqişələr mümkündür.
Buğa - Yeni başlanğıclar üçün əlverişsiz gündür. Lakin köhnə layihələri sona çatdıra biləcəksiniz. Ehtiyatlılıq nümayiş etdirmək lazımdır. Çünki qarşıdakı günlərdə neqativ tendensiyaların təsiri güclənəcək və bununla bağlı probelmlər yarana bilər. Yeni partnyorlarla əməkdaşlığa başlamaq məsləhət deyil. Sizə etibarlı dayaq lazımdır.
Ailəvi tədbirlərin keçirilməsi, məzuniyyət planlaşdırılması və səyahət müzakirələri üçün münasib gündür. Romantik görüşlər pis keçməyəcək. Bəzi Buğalar çoxdan gözlədikləri sevgi etifanı eşidəcəklər.
Əkizlər - Yeknəsəq və darıxdırıcı gündür. Həyatınıza müxtəliflik gətirmək, ərafdakıları “oyatmaq” istəsəniz də, bu, yaxşı heç nə vermir. Sizin ideyalarınız yalnız mənfi reaksiya doğuracaq. Yaradıcılıq potensialınızı ortaya qoymaq çox çətindir. Çünki sizdən aşqa heç kim fikirlərinizin həyata keçirilməsinin mümkünlüyünə inanmır.
Şəxsi münasibətlərlə yaxşılığa doğru dəyişikliklər ola bilər. Təşəbbüskarlığa tələsməyin. Bu gün qətiyyətli hərəkətlər yox, ehtiyatlılıq tələb olunur. Səfərlərdə də ehtiyatlı olun. Yolda zədələr və naxoşluq mümkündür.
Xərçəng - Çox uğurlu gündür. Köhnə və yeni problemlərin həlli yolunu tapacaqsınız, yolunuzdakı maneələri aşmaq üçün ixtiraçılıq möcüzəsinə ehtiyac qalmayacaq. Sizə karyera pilləkəninin təpəsinə çıxmaqda yardım edəcək və qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür.
İstənilən münaqşəni nizamlamaq asan olacaq. Özü də bunun üçün elə də ciddi güzəştlərə ehtiyac olmayacaq. Əgər arzunuz olsa, bu gün bir neçə romantik macəra yarada bilərsiniz.
Şir - Əgər diqqətinizi işə cəlb etsəniz, gün məhsuldar olacaq. Hətta ən xırda, əhəmiyyətsiz problemlərə də etinasız yanaşmaq olmaz. Bu gün hər şey xüsusi diqqət tələb edir. Bədxahlarınızın nə dediyinə diqqətlə qulaq asmağa dəyər. Onların zəhərli və tənqidi iradlarından öz xeyirinizə nəsə götürə bilərsiniz.
Həmkarlarla və dotslarla ünsiyyət üçün ips gün deyil. Yeni tanışlıqlar da istisna deyil. Yalnız sevdiyiniz şəxslə münasibətləri yola qoymaq alınmayacaq. Çoxlu fikir ayrılıqları gözlənilir.
Qız - İş üçün çox yaxşı gündür. Əhəmiyyətli uğurlar əldə edə, çətin problemlərin öhdəsindən gələ biləcəksiniz. Maliyyə məsələlərin həlli üçün pis gün deyil, gəlir mümkündür.
Şəxsi həyatda isə işləriniz yaxşı getməyəcək. Sevdiyiniz şəxslə dil tapmaq çətin olacaq. Sülhü qorumaq üçün bütün səylərinizə baxmayaraq, incikliklər və fikir ayrılıqları yaranacaq.
Tərəzi - Sizi çox çətin gün gözləyir. İradənizi cəmləhdirin – təslim olmayın! Problemlər çox olsa, fikir ayrılıqları ciddi xarakter daşısa da, vəziyyətə nəzarətə ala bilərsiniz. Açıq fəaliyyətə çalışın, intriqalardan uzaq durun, dedi-qoduçularla iş görməməyə səy gösttərin. Unutmayın ki, yeni tanışlarınız sizə ətrafınızdakılara görə qiymət verəcəklər.
Çətin ki, planlaşdırılmamış xərclərdən özünüzü saxlaya biləsiniz. Bununla yanaşı, bu günkü alış-veriş uğursuz ola bilər. Yaxınlarınızla tez-tez mübahisə etdəcəksiniz. Unutmayın ki, bir qədər güzəşt etsəniz, münaqişələrdən sığrtalanmaq olar.
Əqrəb - Əla gündür. O, nüfuzlu şəxslərlə görüşlər üçün münasibdir. Siz özünüzü yaxşı tərəfdən göstərə, qabiliyyətinizi nümayiş etdirə və rəqiblərinizi kölgədə qoya bilərsiniz. Maraqlı təkliflər alacaqsınız. Onları heç bir qorxu və şübhə olmadan qəbul edə bilərsiniz. Potensial işverən, tərəf müqabili və müştəri ilə görüşlər üçün əlverişli gündür.
İdeyalarınız dəstək və təqdirlə qarşılanacaq, yardım üçün təkrar xahiş etməyə ehtiyac qalmayacaq. Xoş sürprizlər, hədiyyələr mümkündür. Həyat potensialınız yüksək səviyyədə olacaq.
Oxatan - Pis gün deyil. Yalnız hadisələrin yavaş inkişafı müəyyən əsəbilik yaradır. Lakin günün ortasında saki ritmə uyğunlaşacaqsınız. Bundan başqa, bu gün olduqca səbrli və təmkinli olacaqsınız. Bu isə o deməkdir ki, istənilən çətin məsələləri müzakirə etmək olar. Günün ikinci yarısı alqı-satqı üçün münasibdir.
Xarakterindən asılı olmayaraq, bütün görüşləri günün ortasına təyin etməyə çalışın. Məhz həmin vaxt həmsöhbətinizlə dil apmaq asan olacaq.
Oğlaq - Bu gün illüziyalar, nəticəsiz ümidlərlə yadda qalacaq. Yalan vədlər veriləcək, kimsə sizi aldatmağa çalışacaq. Hər şeyə inanmayın, eşitdiyiniz sözlərə tənqidi yanaşın. Əgər taleyin zərbələrinə hazır olsanız, onları vaxtında dəf etmək şanslarınız artacaq. Yalnız öz gücünüzə arxalanın.
Şəxsi münasibətlərdəki gərginlik narahatlığa səbəb olur, elə hiss yaranırk i, sizi aldadırlar. Açıq münaqişələr gözlənilmir. Hamı susqun narazılıqla, gizli eyhamlarla kifayətlənəcək.
Dolça - Ürəyinizə pis şeylər damacaq. Təəssüf ki, onlar tam əsassız deyillər. Bu gün çoxlu çətinliklər gözlənilir. Hər şeyin öhdəsindən gəlmək olar. Lakin problemləri bir-birinin ardınca fasiləsiz həll etmək çox yorucudur. Üstəlik, bel bağlayası heç kiminizin yoxdur. Yalnız öz gücünüzə arxalanmalısınız.
Bu gün bütün sahələrdə özünüzü təkmilləşdirmək üçün əlverişlidir. İmicinizlə bağlı eksperimentlər edin, xarici dil öyrənin, xarakterinizin tərəflərini üzə çıxarın və s. Ulduzlar həyatına yenilik gətirmək istəyənləri dəstəkləyəcək.
Balıqlar - Bu gün çox uğurlu olacaq. Günün birinci yarısı xoş xəbərlərlə, böyük əhəmiyyət verdiyiniz münasibətlərin bərpası ilə əlamətdar olacaq. Bu vaxt tək köhnə romanın yenidən canlanması üçün yox, həm də işgüzar əməkdaşlığın bərpası üçün əlveişlidir. Günün ikinci yarısında yaradıcılıq potensialı artacaq, yeni başlanğıclar uğurlu olacaq.
İntuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə göstərəcək. Sevdiklərinizi nəinki ağızlarını açan kimi başa düşəcək, həm də lazım olduğu anda onların köməyinə çata biləcəksiniz.