Almaniyada Hitlerin sevgilisi Yeva Brounun son məktubu yayımlanıb.
Publika.Az-ın məlumatına görə, məktub onların intiharından bir neçə gün qabaq yazılıb. Hitlerlə hər ikisinin intiharından cəmi iki gün qabaq evlənən qadının məktubunun əsli hazırda ABŞ-dan olan bir kolleksiyaçının arxivində saxlanılır.
Fürerin 33 yaşlı xanımının məktubu rəfiqəsi Qerta Şnayderə yazılıb. Məktub qırmızı ordu artıq Berlinə girərkən yazılıb. Qadın əvvəlcə yazır ki onların yaxınlığında bombalar partlayır, lakin hələ də ümid edir ki hər şey keçib gedəcək.
“ Biz son qana qədər mübarizə aparırıq, amma qorxuram ki, son yaxınlaşır. Dostlarıma fürerə görə necə əzab çəkdiyimi deyə bilmirəm. Artıq bütün bunların necə baş verdiyini anlaya bilmirəm. Allaha inanmıram. Bütün yaxınlarıma salam göndər. Mən necə yaşamışamsa elə də ölürəm. Bilirsən bu mənim üçün çətin deyil. “
Xatırladaq ki, Yeva Broun Hitlerlə 1929-cu ildə, 17 yaşı olarkən tanış olub. O vaxtdan qadın ondan ayrılmayıb. Lakin onların nikahları intihardan bir neçə gün qabaq rəsmiləşdirilib.
30 aprel 1945-ci ildə isə onlar birlikdə intihar ediblər.
publika.az