Hər gün az ya da çox makiyaj etmək məcburiyyətində qalan iş qadınları üçün yay makiyajının iki ayrı əhəmiyyəti var: Birincisi dəri sağlamlığını qorumaq, ikincisi də təbii olmaq...
Dərinizi hər səhər və hər axşam təmizləyin. Yatmazdan əvvəl təmizləyici köpük-tonik və gecə kremindən istifadəyə laqeyd yanaşmayın. Səhərlər üzünüzü yuduqdan sonra daha yüngül bir sakitləşdirici ya da canlandırıcı tonik istifadə edin. 20 dəqiqə sonra günəş qoruyucu krem çəkin. Daha təbii və yüngül bir tonal krem tətbiqi üçün yüngülcə nəmləndirilmiş bir makiyaj süngəri istifadə edin. Çox az bir miqdar tonal kremlə möcüzə yara bilərsiniz.
Ofisdə, məktəbdə, xəstəxanada və.s iş yerləri üçün dumanlı bir göz makiyajı uyğun olmaz.
Nude, mis ya da ağ tonlarını seçin. Qara "dipliner" və yüngül bir xətt halında ya da qara göz qələmi istifadə edin.
Yayda açıq rəngli pomadalar dəbdə olacaq. Gündəlik makiyajda tünd rəngli tonlardan uzaq durun. Ancaq parladıcı ilə də dodaqlarınızın gözəlliyini vurğulaya bilərsiniz. Gecə ziyafətlər üçün alqırmızı dodaq boyası idealdır.
Makiyaj çantanızı yanınızdan əskik emtəyin. Unutmayın ki, qadının ən birinci vəzifəsi gözəl olmaqdır...
Video
publika.az