İyunun 24-də Azərbaycan Rəssamlar İttifaqının təşkilatı dəstəyi ilə döyüşçü rəssamların birinci Respublika sərgisi açılacaqdır.
“Sülhün qədrini döyüşənlər bilər” mövzusunda təşkil olunacaq sərgidə Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş rəssamlardan Pərinisə Əsgərova, Tərlan Eyvazov, İntiqam Ağayev və İlqar Əkbərovun 50-dən çox müxtəlif janrlarda işlənmiş əsərləri nümayiş olunacaqdır.
Sərginin əsas məqsədi müharibənin ağrı-acısını bilavasitə öz çiyinlərində hiss etmiş sənətçilərin bu hissləri öz əsərlərində necə təcəssüm etdirilməsini tamaşaçıya çatdırmaq, gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə vermək, vətəndaşlara dövlətçilik ideyalarının aşılanmasına xidmət etməkdir.
Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda açılacaq sərgi bir həftə davam edəcəkdir.
AzərTac