“Azərbaycanım-doğma vətənim” yay düşərgəsi Qubada
18.6.2013

Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin yay düşərgəsi təşkil edilib.
Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevin verdiyi məlumata görə, Qəçrəşdə, meşə ərazisində təşkil edilən düşərgə “Azərbaycanım-doğma vətənim” adlı vətənpərvərlik yay düşərgəsi proqramı çərçivəsində fəaliyyət göstərir.

Ölkənin müxtəlif rayonlarından olan 60 nəfər məktəbliyə vətənpərvərlik mövzularında müxtəlif istiqamətlərdə mühazirələr təşkil edilir.

Məlumata görə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB-nin nəzdində fəaliyyət göstərən vətənpərvərlik klubunun üzvləri tərəfindən “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Diyarşünaslığın təbliğində vətənpərvərlik klublarının rolu”, “Mədəni isrisn təbliğində internet”, “Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması”, “Azərbaycan dilinin inkişafı” və s. mövzularda mühazirələr məktəblilərin yeni məlumatlar əldə etməsinə hesablanıb.

Düşərgə əsanasında məktəblilərin Qubanın tarixi yerlərinə, eyni zamanda Soyqırım məzarlığına da ziyarəti təşkiil edilib.

Qeyd edək ki, düşərgə 10 gün davam edəcək.

gun.az