Saçların rəngini bir az açmaq və boyamaq istəmirsinizsə, evdə təbii üsullarla aça bilərsiniz.
Limon - Limon saçları açmaq üçün istifadə edilir. Bir şüşənin dörddə birini təzə sıxılmış limon suyu ilə qalanını isə su ilə doldurun. Bu qarışığı baş dəriniz islanmayacaq qədər saçlara çəkin. 30 dəqiqə bayırda günəş işığında keçirərək limonlu suyu 2 saat saçınızda saxlayın. Dərinizin qabarmasına səbəb olduğuna görə və limonlu suyun dəriyə təmas etdiyi üçün günəş işığına çıxmamağa çalışın. Saçlarınızın qurumasına səbəb ola biləcəyi üçün qarışığı istifadə etməzdən əvvəl saçlarınızı kremləyin.
Zeytun yağı – Zeytun yağının mükəmməl saç qidalandırıcı olduğunu çoxumuz bilirik. Ancaq çoxumuz bu təbii məhsulun saç rəngini açmaq üçün də istifadə edildiyindən xəbərsizik. Bol miqdarda zeytun yağı çəkdikdən sonra saçınızı yaxşıca darayın. Bu şəkildə 1 saat günəşin altında dayandıqdan sonra saçınızı durulayın. Saçınıza təbii işıltı qatmaqdan əlavə, nəmləndiyinin də fərqində olacaqsınız.
Çobanyastığı çayı – İnanmaq çətin olsa da, əsmər qadınlar da təbii sarışınların qızılı saçlarına sahib ola biləcək. Bir miqdar çobanyastığını dəmləyin və soyumağa qoyun. Saçınızı həmişəki kimi yuyub kremlədikdən sonra süzülmüş suyu saçlarınıza çəkin. Saçınıza çəkdikdən sonra günəşin altında 30-60 dəqiqə dayanıb qurudun. Saçınızı istədiyiniz rəngi alana qədər Bu üsuldan bəhrələnin.
Bal – Bal çox yapışqan və sıxıcı olsa da, saçların rəngini aça bilir. Balı nəmli saça çəkin və 2 saat gözləyin. Ya da balı və limon suyunu qarışdırıb saça çəkib günəşin altında bir neçə dayanmaq olar. Bu üsul da saçları aça bilir. Saçları baldan tamamilə təmizləmək üçün bir neçə dəfə yuyun. Ancaq bu üsul saçlara dolğunluq və parıltı verəcək.
Pivə - Açıq rəngli pivə saçlar açmaq üçün ən yaxşı vasitədir. Pivəni saça çəkib günəş işığına çıxın. Yaxşı nəticə almaq üçün yenə də pivə çəkin. 1 saat sonra saçları soyuq su ilə durulayın. Saçlarınıza nəmləndirici çəkin və həftədə 2-3 dəfə yerinə yetirin.
Publika.Az