Azərbaycan “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatının qalibi olmuşdur
1.8.2011

Gürcüstanın Batumi şəhərində keçirilmiş “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatında Azərbaycan birinci olmuşdur. Şaiq Hüseynovun komandası birinci, Nigar Hüseynovanın ikinci, ötənilki qalibimiz Balaş Hüseynovun komandası üçüncü yeri qazanmışlar. Xatırladaq ki, birincilik uğrunda Azərbaycan, Gürcüstan və Ermənistan yığmaları yarışmışlar. 52 komandanın iştirak etdiyi bilik yarışının münsiflər heyətinə “Billur bayquş” mükafatı laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin, İlya Novikov (hər ikisi Moskva) və Yelena Potanina (Odessa) daxil olmuşdur.
Qeyd edək ki, indiyədək keçirilmiş 12 çempionatda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qələbə qazanmışdır. Yarış Batumi meriyası və şəhər şurasının, Acarıstan Təhsil, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə keçirilmişdir.
Çempionatın baş sponsoru “Caucasus Online” şirkətidir.