Sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Yaxın günlərdə respublikanın rayonlarında temperatur rejiminin bir qədər enməsi, bir çox yerlərdə yağışlı hava şəraitinin hökm sürəcəyi və küləyin arabir güclənəcəyi gözlənilir. Temperatur rejimi kənd təsərrüfatı bitkilərinin inkişafı və boy atması, çəyirdəkli meyvələrin yetişməsi üçün əlverişli olacaq.
Yağışlı hava şəraiti payızlıq dənli bitkilərdə məhsulun yığım şəraitinə və digər əkinlərində, bağlarda aqrotexniki işlərin aparılmasında mühüm çətinliklər yaratmayacaq. Yalnız küləyin güclənməsi torpaqda olan məhsuldar rütubət ehtiyatının azalmasına səbəb olacaq və əkinlərin suvarılmasına ehtiyac yaradacaq.
ANS PRESS