26 İyun - Silahlı Qüvvələr günü münasibətilə Bakıda keçiriləcək hərbi paradın son - baş məşqi iyunun 23-də «Azadlıq» meydanında olacaq.
Son məşqdə şəxsi heyət və hərbi texnikanın «Azadlıq» meydanında tribuna önündən keçidi yoxlanılacaq.
Son məşq Silahlı Qüvvələrin bütün strukturlarının rəhbərlərinin iştirakı ilə keçiriləcək.
Təlim məşqindən sonra şəxsi heyətə 3 günlük istirahət veriləcək.
APA