5 yaşlı azərbaycanlı qız Avropa səhnəsində - FOTO
19.6.2013

Azərbaycan ilk dəfə Bolqarıstanın Varna şəhərində uşaqlar arasında keçirilən Golden Sparkles European Music Festival-da təmsil olunacaq. Müsabiqədə ölkəmizi 5 yaşlı Selcan Müseyibova təmsil edəcək. Sözləri və musiqisi Məryəm Əlibəyliyə məxsus "Oxuyaq nəğmələri" mahnısı ilə bizi təmsil edəcək Selcan 3 yaşından səhnədədir və eyni zamanda Cücələrim uşaq qrupunun solistidir.

30-a yaxın ölkənin iştirak edəcəyi festivalda ölkəmizi münsiflər heyətində prodüser, fəlsəfə elmləri doktoru Hüseyn Cavadzadə təmsil edir.

O, Publika.Az-a açıqlamasında müsabiqə ilə bağlı bunları bildirib: "Selcan inanılmaz istedadlı uşaqdır və ən əsası o, səhnədə çox sərbəstdir. Baxmayaraq ki, mən çox peşəkar və artıq öz sözünü deyən sənətçilərlə çalışmışam, amma bu, balaca qızcığaz məni təəcübləndirməyi bacardı. Əminəm ki, festivaldan çox yaxşı

publika.az