Mobil mesajlaşma tətbiqi "WhatsApp", 2012-ci ilin son günündə qırdığı mesajlaşma rekordunu altı ay sonra böyük bir fərqlə tarixə basdırıb.
2012-ci ildə 24 saat mesajlaşma rekordu 18 milyard olan "WhatsApp", yeni hesablamalara görə daha böyük bir rəqəmə çatıb. "WhatsApp", 24 saat içində atılan mesaj sayının 27 milyarda çatdığını açıqlayıb. Açıqlanan məlumatlarda 10 milyard mesajın istifadəçilərə gələn, 17 milyardın isə göndərilən mesaj olduğu açıqlanıb. Aradakı nisbət fərqinin isə qrup söhbətlərindən qaynaqlandığı ifadə edilib.
Aktiv istifadəçi sayı 200 milyonu keçən "WhatsApp", bu sahədə "Twitter"i belə geridə qoyub.
Big.az