"Albalı" kart sahibləri üçün şəxsi kabinet
20.6.2013

"Albalı" kart sahibləri üçün daha bir yenilik. Artıq "Albalı" kart sahiblərinin öz virtual şəxsi kabinetləri olacaq. https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp

“Unibank”ın mətbuat xidmətindən verilən məlumata görə, indi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ "Albalı" kartındakı son səkkiz rəqəmi və verilən gizli şifrəni daxil etməklə, kartının tranzaksiyalarını izləyə, borcları haqqında məlumat ala bilər. Əvvəlki ödənişlərindən və gələcək ödəmələrindən məlumatlı olan "Albalı" sahibləri, hesablarındakı bonusların həcmini də öyrənə biləcək.

“Unibank”ın "Albalı" kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. "Albalı" kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. "Albalı" kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir.Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarında, MilliÖn paypointlərində, www.unibank.az və hesab.az saytında aparmaq mümkündür.

Müştərilər "Albalı" kartı "Unibank"ın istənilən filialından heç bir komissiya haqqı ödəmədən, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən "Albalı" kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir. "Albalı" kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.

“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.

ANS PRESS