Rassel Krounun Çanaqqala müharibəsindən bəhs edən “The Water Diviner” (Su axtaran) filmini çəkmək üçün Türkiyəyə gələcəyi bildirilib.
Filmdə Çanaqqala müharibəsi zamanı itən iki oğlunu axtaran avstraliyalı bir atanın 1919-cu ildə Türkiyəyə gəlişi və daha sonra baş verən hadisələr əks olunacaq.
Rassel Krou həm aktyorluq, həm də rejissorluq edəcəyi filmi Çanaqqala şəhərində çəkəcək. Filmin çəkilişlərinə bu ilin sonunda başlanılacaq.
Xatırladaq ki, Rassel Krou keçən ay “Latiko” adlı gəmisi ilə Çanaqqalaya gəlmiş, Gelibolu yarımadasındakı milli parkı gəzdikdən sonra İstanbulda tətilinə davam etmişdi.
Oskar mükafatı laureatı olan aktyor “Gladiator”, “Ağıl Oyunları” və “Robin Hood” kimi filmlərdə rol alıb.
ANS PRESS