Türkiyənin ən populyar serialı "Mühteşem yüzyıl"da Hürrəm Sultan rolunu oynayan aktrisa Məryəm Üzerlinin çəkilişləri tərk edərək Berlinə yollanmasından sonra həmin rolda Vahidə Gördüm çəkilməyə başlayıb.
Bu isə serialla bağlı qalmaqal yaradıb.
Türk tamaşaçılar V.Gördümün ifasındakı Hürrəm Sultanı bəyənməyiblər.
Sosial şəbəkələrdə aktrisa və onun oyunu çox sərt tənqid olunur.
"Muhteşem yüzyıl" serialı ilə bağlı Star TV telekanalına reklam vermiş bir sıra şirkətlər isə reklam müqavilələrinin müddətini uzatmaqda tərəddüd edirlər.
Onlar serialın reytinqinin aşağı düşməsi ilə bağlı rəqəmlərdən narahat olublar.
Twitter və Facebook istifadəçilərinin fikrincə, "Muhteşem yüzyıl"da Vahidə Gördümün oyunu, onun "Hürrəm Sultan"ı tam fiaskodur.
Milli.Az