Mərhum amerikalı aktrisa, Hollivud əfsanəsi Elizabet Teylorun ilk toyunda geyindiyi gəlin paltarı gələn həftə hərraca çıxarılaraq satılacaq.
"Christie’s" hərrac evi satışı iyunun 26-da Londonda keçirəcək.
Elizabet Teylorun bu gəlinliyinin müəllifi məşhur modelyer Helen Rousdur.
Paltarın ilkin satış qiyməti 47 min dollardır. Elizabet Teylor bu paltarı 1950-ci ildə "Hilton" otellər şəbəkəsinin varisi Konrad "Nikki" Hiltonla toyunda geyinmişdi.
18 yaşında ərə gedən E.Teylorun bu nikahı bir neçə ay davam etmişdi.
Elizabet Teylor 7 dəfə ərə gedib və 2011-ci ildə 79 yaşında ölüb.
Milli.Az