Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fərdi qrant layihələri çərçivəsində gənc rəssamların sərgisi açılmışdır.
“Öndər” Elm Mərkəzində açılan sərgidə layihənin rəhbəri Məhəmməd Xəlilov çıxış edərək gənc rəssamların bu layihəyə cəlb edilməsindən və onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması məqsədilə aparılan işlərdən söz açmışdır.
Gənclərin rəsmlərini yüksək qiymətləndirən natiq bu cür layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.
Layihənin eksperti Ənvər Börüsoy da layihə çərçivəsində gənclərlə maraqlı müzakirələr aparıldığını və onların yaradıcılıq qabiliyyətlərinin yüksək olduğunu söyləmişdir.
Bildirilmişdir ki, təqdim olunan rəsmlərdə gənclərin daxili aləmi, həyata baxışları, arzu və istəkləri təsvir edilmişdir. Həmçinin gənclərin əl işlərində Azərbaycan rəssamlığının ənənələri açıq-aydın görünməkdədir.
Layihənin həyata keçirilməsini müsbət qiymətləndirən sərgi iştirakçıları gənc rəssamların əl işlərinin onlarda böyük maraq doğurduğunu bildirmişlər.
AzərTAc