Azərbaycanın şimal bölgəsində tikiləcək aeroportun yeri müəyyənləşib
21.6.2013

Azərbaycanın şimal bölgəsində tikiləcək yeni aeroportun yeri dəqiqləşdirilib.

Yeni hava limanı Qubanın Aşağı Atuc, Ərməki, Cek, Davidoba və Hacıhüseynli kəndlərini əhatə edəcək 600 hektara qədər ərazini əhatə edir.

Quba Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, yeni aeroportun inşası şimal bölgəsi üçün həm turizm, həm də xarici sərmayələrin yatırılması baxımından mühüm əhəmiyyət daşıyacaq.

Qeyd edək ki, yeni aeroportun tikintisi üçün Quba rayonu ilə yanaşı, Xaçmaz rayonunun Qıraqlı kəndi və Şabran rayonu ərazisində də mütəxəssislər tərəfindən araşdırmalar aparılıb.

APA