Dövlət Neft Şirkəti işçi axtarır
21.6.2013

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi Qazax, Ağstafa, Tovuz, Şəmkir və Göygöl qaz istismarı sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə müsahibə yolu ilə işçi qəbulu elan edir.

"Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytında yer alan məlumata görə, namizədlər həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dan yuxarı olmayan, fiziki cəhətdən sağlam, insanlarla xoş ünsiyyət yarada bilən, iradəli, nizam-intizamlı, çevik gənclər olmalıdırlar.

Arzu edənlər 24 iyun 2013-cü il tarixdə saat 13:00-dan 18:00-dək, 25 iyun 2013-cü il tarixdə saat 09:00-dan 17:00-dək Şəmkir Qaz İstismarı Sahəsinə müraciət edə bilərlər. Ünvan: Şəmkir şəhəri, H.Əliyev prospekti 43. Əlaqə telefonu: 012-521-22-61 (Birliyin Kadrlar şöbəsi)

Müsahibədə iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi və surətini, Əmək kitabçası və surətini, Hərbi bilet və surətini, Diplom və ya attestatı və onların surəti, eləcə də 2 ədəd 3×4 ölçüdə rəngli şəkil təqdim etməlidirlər.

ANS PRESS