Günün ulduz falı
14.12.2011

Qoç - Siz bu çətin gündə qarşısına qoyduğu məqsədlərə çata bilən azsaylılara aidsiniz. Hər şey sizin inadkarlığınızdan asılıdır. Hamının və hər şeyin əleyhinizə olduğu bir vaxtda da təslim olmursunuz. Bu, effektli taktikadır. Lakin bununla özünüzə düşmən qazanmaq riskinə gedirsiniz.

Yaxınlarınızla istənilən söhbəti ciddi tonda aparmaq lazımdır. Bu gün zarafatların düzgün başa düşülməyəcəyi ehtimalı var. Pul üstündə mübahisələr istina olunmur. Bu məsələdə bir qədər güzəştə getmək pis olmaz.

Buğa - Gün çoxsaylı çətinlik və sınaqlar gətirəcək. Gününüz çətin keçəcək. Sevindirici bircə şey var - yanınızda bel bağlanası adamlar yox deyil. Yaxınlarınızla qarşılıqlı anlaşma qaydasında olacaq, həmkarlarınız köməklik göstərməkdən imtina etməyəcək, hətta təsadüfi tanışlarınız da imkan düşdükcə sizi dəstəkləyəcəklər.

Səfərlər uğursuzluq vəd edir. İşgüzar görüşlər də ümidlərinizi doğrultmayacaq. Maliyyə mənzərəsi kədərlidir. Başa düşəcəksiniz ki, son vaxtlar imkanlarınızı, olduğundan yüksək qiymətləndirimisiniz. İş yerini dəyişmək və ya uzunmuddətli müqavilələr imzalamaq üçün əlverişsiz gündür.

Əkizlər - Güc toplamaq və bütün sahələri nizama salmaq üçün münasib olan sakit gündür. Bu gün sizdən nə iş hünəri, nə də məsuliyyətli qərarlar gözlənir. Ona görə də cari işləri sakitliklə görmək və gələcək barədə düşünmək olar. “Lazımlı” adamlarla görüşlər, istənilən ilkin razılaşmalar üçün pis gün deyil.

Pul xərcləməyin. Bu gün cibinizdəki pullarla çox asanlıqla ayrılacaq, lakin bir neçə gündən sonra sadəlövhlüyünüzə görə təəssüflənəcəksiniz. Əgər bu günə səfər təyin etmisinizsə, təşkilati məsələlər üçün vaxtınıza heyfiniz gəlməsin. Natamam hazırlıq ciddi problemlərə səbəb ola bilər.

Xərçəng - Bu gün prinsipial yenilik gətirməyəcək. Müsbət tendensiyaların təsiri hələ kifayət qədər güclüdür və daha çox iş sahəsində özünü göstərir. İşdə əla nəticələr əldə edəcəksiniz. Yeni və faydalı nəsə öyrənmək üçün əla gündür.

Parkda gəzinti əhval-ruhiyyənizi yüksəldə bilər. Bu gün təbiət sizin üçün tükənməz enerji mənbəyidir. Yaxşı təəssürat oyatmaq istədiyiniz adamla axşam saatlarına görüş təyin edə bilərsiniz.

Şir - Çox uğurlu gündür və ondan maksimal dərəcədə effektli istifadə etməlisiniz. Risklərə hazır olun. Bu gün ulduzlar cəsur və qətiyyətliləri dəstəkləyəcəklər. Uğurlu sövdələşmələr, maraqlı iş təklifləri mümkündür. Diqqət mərkəzində olmaq istəyirsiniz və buna heç bir çətinlik çəkmədən nail ola biləcəksiniz. İstedad və zəka diqqətdən kənarda qalmayacaq.

Asanlıqla yeni tanışlıqlar qazana biləcəksiniz. Bundan şəxsi həyatınıza müxtəliflik gətirmək üçün istifadə edin.

Qız - Öz tənbəlliyinizlə mübarizə aparmalı olacaqsınız. Bu gün işgüzar aktivlik aşağı səviyyədədir, həllini gözləyən vəzifələr isə az deyil. Köməkçiləriniz etimadı doğrultmayacaq və başa düşəcəksiniz ki, hər şeyin öhdəsindən özünüz daha yaxşı gələ bilərsiniz. Odur ki, döyüşkən ruha köklənin və özünüzə tez-tez xatırladın ki, əməklərinizin mükafatı özünü çox gözlətməyəcək.

Yaşlı qohumlarınızla münasibətlərə diqqət yetirmək məsləhətdir. Bu gün onlara qayğınız xüsusilə lazımdır. Günün ikinci yarısı ailənizin yanında sakit istirahət üçün münasibdir.

Tərəzi - Bu gün düşünmək üçün xeyli əsasınız olacaq. Vəziyyət çətindir və birmənalı deyil. Nəyin nə olduğunu aydınlaşdırmaq üçün çox vaxt itirməli olacaqsınız. Həmkarlarınız və rəhbərliklə mübahisələr mümkündür. Sizin fikrinizə görə, kollektivlə vəzifələrin ədalətsiz bölgüsü ilə əlaqədar münaqişələr istisna deyil.

Şəxsi münasibətlər sahəsində müsbət tendensiyaların təsiri hökm sürür. Sevdiyiniz şəxslə fikir ayrılıqlarını aradan qaldırmaq şansı yaranacaq. Pozulmuş əlaqələri də bərpa etmək olar. Xoş sürprizlər və hədiyyələr mümkündür.

Əqrəb - Bu gün sizin üçün çox çətin olacaq. O, işlə bağlı ciddi problemlər gətirəcək və onların həllinə necə yanaşmaq lazım olduğunu bilməyəcəksiniz. Dolaşıq işgüzar münasibətlərdən baş çıxarmaq olduqca çətindir. Məlum olacaq ki, uzun müddətdir sizdən hansısa vacib həqiqəti gizlədiblərmiş.

Təəssüf ki, yaxınlarınızdan dəstək ala bilməyəcəksiniz. Onlar sizi tərifləməkdən çox, tənqid edəcəklər. Sonsuz problemlər əsəb gərginliyinə səbəb olacaq, yuxusuzluq mümkündür. Ciddi fiziki yükdən uzaq durun, alkoqol və ağır qidalardan sui-istifadə etməyin.

Oxatan - Uğurlu gündür. Əgər vaxtınızı hədər yerə itirməsəniz, çox şeyi çatdıra bilərsiniz. İş görüşləri çox yaxşı keçəcək, danışıqlarda istədiyinizə nail olacaq, yeni müttəfiqlər tapacaqsınız. Bir çox Oxatanların nüfuzlu hamiləri və ya səxavətli sponsorları əmələ gələcək. Maliyyə məsələləri sürətlə yaxşılığa doğru dəyişəcək.

Şəxsi həyatınızda da işlər pis getməyəcək. Sevgililərin münasibətlərində qarşılıqlı anlaşma hökm sürəcək, yaxınlar bir-birilərini ağızlarını açan kimi başa düşəcəklər.

Oğlaq - Tələskənlikdən uzaq olun. Bu, işdə arzuolunan deyil, şəxsi həyatda isə təhlükəlidir. Nəzərə alsaq ki, bu gün tək işgüzar aktivliyin yox, həm də bütövlükdə həyat potensialının azalması ilə yadda qalacaq, ondan istirahət və ya hansısa xoş məşğuliyyət üçün istifadə etmək pis olmaz. Əgər bu mümkün deyilsə, hansısa asan bir işlə məşğul olun. Gücünüzə qənaət edin.

Uzaq qohumlar və köhnə tanışlarla görüşmək, hansısa köhnə münasibətləri, əlaqələri bərpa etmək üçün pis gün deyil. Bundan başqa, daşınmaz əmlakla bağlı sövdələşmələrə də getmək olar.

Dolça - Çətin gün olacaq. Odur ki, asan qələbələrə ümid etməyin. İşdə mübahisələr və fikir ayrılıqları mümkündür. Təsadüfən yaranmış münaqişələrdən birinin çox ciddi nəticələri ola bilər. Əvvəllər əldə olunmuş razılaşmaların pozulması istisna deyil. Köhnə partnyorlarla əməkdaşlığın dayandırılması da ehtimal olunur.

Həyatın bütün sahələrində eksperiment etməmək, sınanmış üsul və vasitələrdən yararlanmaq məsləhət görülür. İri bazarlıqları təxirə salın. Bu gün çətin ki, pulları məntiqlə bölüşdürəsiniz. İtkilər, cərimələr və planlaşdırılmamış xərclər istisna olunmur.

Balıqlar - Sakit gündür. Hadisələrlə zəngin olmadığından, bu gün bütün baş verənləri sakitcə düşünmək olar. Uzunmüddətli əməkdaşlıq, iş yerinin dəyişdirilməsi, başqa yerə köçmək barədə müzakirələr aparmaq mümkündür. Xoşbəxtlikdən bu gün heç kim sizdən qəti cavab tələb etməyəcək. Maraqlı iş təklifi alsanız, razılıq cavabı verməyə tələsməyin. Vaxtı uzadın və tezliklə öz şərtlərini diktə etmək imkanı əldə edəcəksiniz.

Dotslarla görüş və digər əyləncə tədbirləri üçün münasib gündür. Qohumlarla ünsiyyət səbr tələb edəcək.