Ancelina Colinin sirri məlum oldu
21.6.2013

Hollivudun məşhur ulduzlarından biri olan Ancelina Coli çiynindəki döymələrə əlavə etdiyi yeni sətirin sirrini açıqlayıb.

Qeyd edək ki, uşaqlarının doğulduğu yerin koordinatlarına dair məlumatların olduğu döyməyə yeni bir sətirin əlavə olunması yerli paparazzilər arasında Ancelina Coli – Bred Pitt cütlüyünün yeni bir övladlıq götürəcəyinə dair şayiələrə səbəb olmuşdu. Coli isə Kann festivalında yeni sətirin sirrini açıqlayıb. Ulduz aktrisa yeni sətirdə ərinə aid koordinatlara yer verildiyini deyib.

“Yeni bir övlad götürəcəyimizə dair məlumatlar tamamilə səhvdir. Əgər döyməyə diqqətlə baxsanız, Şoni (Shawnee) Oklahomanı göstərdiyini başa düşərsiniz. Bu da Bredin doğulduğu yerdir”.

Anspress