Qızıl ayaqqabı geyəcəklər - FOTO
21.6.2013

Dünyada 24 karatlıq qızıldan olan ilk ayaqqabılar “Level shoe District” mağazasında satışa qoyulub.

Dubayda məşhur ticarət mərkəzində yerləşən mağazadakı bu qızıl ayaqqabılar böyük marağa səbəb olub. Onların yaradıcısı isə italiyan dizayner Alberto Morettidir.

Belə qızıldan olan ayaqqabının bir cütü 2671 dollardır. Mağaza nümayəndəsinin sözlərinə görə qızıldan olan həm kişi, həm də qadın ayaqqabıları olduqca sadə, klassik dizayndadır.

Belə ki, dizayner onsuz da bahalı olan qızılı daha artıq bəzəməyə ehtiyac duymadığını deyib.

publika.az