99 dollarlıq iPhone
21.6.2013

Apple korporasiyası Samsung və Nokia kimi ucuz smartfon istehsalçıları ilə rəqabətə davam gətirmək məqsədilə iPhone-nun yeni versiyasını hazırlayıb.

Korporasiya iPhone modellərini 99 dollar kimi ilkin topdansatış qiyməti ilə bazara çıxarmaq niyyətindədir.

Ucuz iPhone 5 rəngdə olacaq.

Bundan başqa, ekranları 4,7 və 5,7 düym olacaq iPhone modellərinin hazırlanması ilə bağlı son mərhələ başa çatmaqdadır.

Apple korporasiyasının yeni modelləri bu ilin sonunadək təqdim edəcəyi gözlənilir. Təqdimatın sentybarda keçiriləcəyi vurğulanır.

Big.az