Heyvanların dilini başa düşməyə imkan verən tərcüməçi sistem yaradılır.
Yaxın 10 ildə heyvanların dilini başa düşmək, onların insanlara nə demək istədiyini anlamaq mümkün olacaq. ABŞ-ın Şimali Arizona Universitetinin əməkdaşları unikal qurğunun yaradılması üzərində işləyirlər ki, bu qurğu heyvanların fikir və “arzusunu” dilimizə tərcümə edə biləcək.
Hazırda “heyvan dili tərcüməçisi” Şimali Amerikanın geniş çöllüklərindəki çoban itləri üçün adaptasiya olunur. Alimlərin sözlərinə görə, gəmiricilər daha çox müxtəlif səslər çıxarırlar və onların səs kommunikasiya sistemi heyvanlar aləmində digərlərindən fərqli olaraq çox inkişaf edib.
pitbit.ru-nun məlumatına görə, mütəxəssislər çoban itlərinin “ünsiyyət” prinsipini anlamağa nail olandan sonra müvafiq lüğəti tərtib edə və insan dilinə tərcümə alqoritmini yarada biləcəklər. Gələcəkdə isə bu sistem digər heyvanlar üzərində də tətbiq ediləcək.
Bu işin gərgin əmək tələb etdiyini qeyd edən alimlər “heyvan dili tərcüməçisi” modelinin 10 ildən tez hazır olmayacağını bildirirlər. Tərcüməçi sistemin isə əsasən pişik və itlərin dilini başa düşən versiyasına daha çox ehtiyac olacaq. Statistikaya görə, ailələrin 70%-i məhz bu ev heyvanlarını saxlamağa üstünlük verir.
Big.az