Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə kimi yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yaxın 2-3 gün ərzində Azərbaycanda havanın temperaturu tədricən 2-3 dərəcə yüksələcək.
İyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
Azərbaycanın bölgələrində iyunun 25-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Trend