Dünyanın ən yaxşı aviaşirkətləri müəyyənləşib
24.6.2013

«World Airline Awards» beynəlxalq mükafatı dünyanın ən yaxşı aviaşirkətlərini müəyyənləşdirib.

Dubayın «Emirates» aviaşirkəti «World Airline Awards» beynəlxalq mükafatı tarixi boyu «Ən yaxşı şirkət» adını qazanıb. Son illər birinciliyi əldən verməyən «Qatar Airways» isə mükafatın ikinci yerə layiq görülüb. Üçüncü yeri isə «Singapore Airlines» aviaşirkəti qoruyub saxlayıb. Mükafatın dördüncüsü ötən il beşinci yerdə qərarlaşan Yaponiyanın «ANA All Nippon Airways» aviaşirkəti olub. İlk beşliyi Cənubi Koreyanın «Asiana Airlines» aviaşirkəti tamamlayır.

Bundan başqa, top-onluğa Honkonqun «Cathay Pacific Airways», Birləşmiş Ərəb Əmirliklərinin «Etihad Airways», İndoneziyanın «Garuda», «Turkish Airlines» və Avstraliyanın «Qantas Airways» aviaşirkətləri daxil olub.

Avropa aviaşirkətləri arasında ən yaxşıların ümumi siyahısında 11-ci yerdə qərarlaşan Almaniyanın «Lufthansa» şirkəti olub.

Qeyd edək ki, ən yaxşı aviaşirkəti müəyyənləşdirmək üçün 160 ölkədən 180 mln.-dan artıq sərnişin arasında sorğu keçirilib.

APA