Bakıda idman dırmanması üzrə Dünya Kubokunda rekord vurulub – Video
24.6.2013

Ötən həftəsonu Bakıda keçirilən idman dırmanması üzrə Dünya Kubokunda rekorda imza atılıb.
Azərbaycan paytaxtında qələbəni Rusiya təmsilçiləri bayram ediblər.

Qadınlar arasında yarışmalarda Yuliya Kaplina yeni dünya rekorduna imza atıb (8,05 saniyə), kişilər arasında isə Stanislav Kokorin ən yaxşı nəticəni göstərib.

Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticəni Çingiz Tağızadə (21-ci yer) və Könül Hüseynova (17-ci yer) göstərib. Qeyd edək ki, yarışmalarda 11 ölkədən 69 idmançı iştirak edib.
Video

gun.az