Tanınmış azərbaycanlı teleaparıcı ailə quracağı əcnəbi haqda danışdı
24.6.2013

“Uşaqdan böyüyə” verilişinin aparıcısı İrəm Nəbiyevanın toyu barədə KİV-də müxtəlif xəbərlər yayılıb.

Teleaparıcı açıqlamasında toyun iyulun 17-də olacağını təsdiqləyib.
Lakin toyun restoranda deyil, dəniz kənarında, qumsalda təşkil ediləcəyi barədə yazılanlarda yanlışlıq olduğunu dilə gətirib:

“Dəniz kənarında toy” söhbəti müxtəlif xoşagəlməz şərhlərə səbəb olub. Əslində isə məclis dəniz sahilində deyil, yaxınlıqda otellərin birinin həyətində, açıq havada keçiriləcək”.

İ.Nəbiyeva ailə həyatı qurandan sonrakı fəaliyyətindən söz açıb. Bildirib ki, toydan sonra televiziyadakı aparıcılıq işini davam edəcək. Gələcək əcnəbi həyat yoldaşı işi ilə bağlı müəyyən bir zamana kimi Türkiyəyə, öz vətəninə gedib gəlsə də, əsasən Azərbaycanda yaşayacaqlar.

Qeyd edək ki, toyda spirtli içki olmayacaq. Tarix Ramazan ayına təsadüf etdiyindən məşhur xanımın şad gününün qonaqlarına iftar vaxtında şam yeməyi təqdim olunacaq. Toy mərasimi maraqlı və Ramazan ayına zidd olmayan qaydalara uyğun keçiriləcək.

gun.az