“Eurovision” mərkəzi fəaliyyətə başlayıb
14.12.2011

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Bakı Biznes Mərkəzində “Eurovision” mərkəzi fəaliyyətə başlayıb. “Eurovision-2012" layihəsi ilə bağlı bütün məlumatlar bu mərkəzdən ötürüləcək.
“Eurovision” mərkəzində mətbuat mərkəzi fəaliyyət göstərəcək. Bu mərkəz müsabiqə boyu jurnalistlər və nümayəndə heyətləri üçün açıq olacaq. Burada mətbuat konfranslarının keçirilməsi üçün xüsusi zallar fəaliyyət göstərəcək.
Mərkəzdə eyni zamanda “Eurovision” muzeyi də yaradılacaq. Muzeydə 57 illik tarixə malik “Eurovision” yarışması, eləcə də sırf Azərbaycanın bu müsabiqədə iştirak tarixi təqdim olunacaq. “Eurovision” mərkəzinin qısa zamanda açılışının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Eurovision” mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb.