Hind okeanının sularında futurizm üslubunda otel açılacaqdır
25.6.2013

Otel biznesi yeni sahələri fəth edir: indi Maldiv adalarında suyun altında dincəlmək mümkün olacaqdır.
“Conrad Maldives Rangali Island” oteli turistləri təəccübləndirməyə davam edir. Otel istirahət edənlər üçün tezliklə yeni məkanlar açacaqdır.
Otelin zahiri görünüşü “Stra trek” serialındakı “Enterprayz” adlı kosmik gəmiyə bənzəyəcəkdir.
Otelin suyun altında yerləşən hissəsi 30 metr dərinlikdə olacaqdır. Burada təxminən 20 nömrə və bar yerləşəcəkdir. Arzu edənlər sualtı qayıqdan və dayvinq-mərkəzin xidmətlərindən istifadə edə biləcəklər.
Mənzərəsi suya açılan nömrədə qalmağa üstünlük verənlər üçün təxminən yeddi metr yüksəklikdə yuxarı göyərtə inşa ediləcəkdir.
Oteldə nömrələrlə bərabər, panoram-restoran, helikopter meydançası, içərisində dəniz suyu olan hovuz və tropik bağ olacaqdır.
Hazırda “Conrad Maldives Rangali Island” oteli ərazisində beş metr dərinlikdə inşa edilmiş “Ithaa” restoranı işləyir. Burada otelin mətbəxinin təklif etdiyi dadlı yeməklərlə bərabər, sualtı dünyaya açılan gözəl mənzərədən də zövq almaq mümkündür.

AzərTac