Hər zaman gənc Klaudiya Şiffer Moskvada
25.6.2013

42 yaşlı Klaudiya Şiffer Guess butikinin açılış mərasimi üçün Moskvaya gedib.
Brendin siması olan gözəl aktrisa və model olduqca gənc və gözəl görünüb. Klaudiya ilə tanış olmaq istəyən rus məşhurları da butikə gediblər. Şiffer özü isə butikin açılışına kreativ direktor Pol Marçiano ilə gedib.

publika.az